Sloveniyada
təlim-məşq toplanışını davam etdirən "Qəbələ” hələ ki, 14 futbolçunun xidməti
ilə kifayətlənir. Kluba yaxın mənbənin Sportnet.az-a verdiyi məlumata görə,
sabah komandaya daha 3 futbolçu qatılacaq.
Bunlar Rail Məlikov, Kamran Ağayev və Elnur Allahverdiyevdir. Hər 3 oyunçunun komandaya gec qoşulmasının səbəbi şəxsi məsələlərinin həlli ilə əlaqədardır.
"Qəbələ”nin
aparıcı legionerləri – Viktor Mendi və Daniel Subotiçlə bağlı məsələyə də
aydınlıq gəlmək üzərədir: "Böyük ölçüdə hər iki oyunçunun sıralarımızda qalması
məsələsi həllini tapıb. Böyük ehtimalla onlarla bazar günü yeni müqaviləyə imza
atılacaq”.
Nəhayət, daha çox maraq dairəsində olan baş məşqçi məsələsinə də qismən aydınlıq gəlib. Mənbənin bildirdiyinə görə, sabah "Qəbələ”nin yeni baş məşqçisi açıqlanacaq. Həmin mütəxəssisin adı gizli saxlanılır.