
AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasda I Divizionun XX turunda "Şuşa Qarabağ" - "Şəmkir" maçtında baş verənlərlə bağlı cəzaları açıqlayıb. Sportnet.az-ın məlumatına görə, matçın 89-cu dəqiqəsində meydan sahibi komandanın məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 100 manat cərimə olunub.
Oyunun 89-cu dəqiqəsində "Şuşa Qarabağ” klubunun baş məşqçisi Nadir Qasımov da texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimələnib.
Oyun başa çatdıqdan sonra "Şuşa Qarabağ” klubunun baş məşqçisi Nadir Qasımov geniş kütlə qarşısında hakimlər briqadasın təhqir etdiyinə görə 10 oyun cəzalanıb. Bu səbəbdən klubu 2000 manat cərimə olunub. Bu hal ikinci dəfə təkrar olunduğuna görə Nadir Qasımovun paltardəyişmə otağında və ehtiyat oyunçular skamyasında olmasına qadağa qoyulub.










































































