
"İnter"in yeni transferi Aleksandr Amisulaşvili debüt matçındaca səviyyəsini ortaya qoyub. O, digər yeni transfer Elvin Məmədovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra hesabı açıb. Növbəti qolu "Şturm"un futbolçusu öz qapısına vurub. Yerli komanda tezliklə fərqi azaltsa da, ilk yarıda Yohan Bokonyano "İnter"in 3-cü qolunun müəllifi olub. "Şturm" fasilədən sonra daha bir qol vursa da, məğlubiyyətdən yaxa qurtara bilməyib.
Qeyd edək ki, Sportnet.az saytı matçı canlı yayımlayıb. Görüşün videoyazısına aşağıdakı linkdə baxa bilərsiniz...