Futbol üzrə Azərbaycan I Divizionunda 2014/2015 mövsümünə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turnirin qalibi adını cari mövsümdə cəmi 2 dəfə məğlub olmuş "Neftçala” qazanıb. Ümumilikdə 78 xal toplayan "Neftçala” bütün rəqiblərini qabaqlayıb.
Turnirdə 2-ci və 3-cü yer uğrunda gərgin mübarizə gedib. Təsadüfi deyil ki, gümüş və bürünc medalların sahibləri məhz son turda müəyyənləşib. "Ağsu” və "Rəvan”ın xalları eyni olduğuna görə, komandaların öz aralarında keçirdikləri oyunların nəticələri əsas götürülüb. Beləliklə, bu göstəriciyə görə "Ağsu” "Rəvan”ı üstələyərək gümüş medala sahib çıxıb. "Rəvan” isə turniri bürünc medalla yekunlaşdırıb.
I Divizionda sonuncu turun oyunlarında qeydə alınan nəticələri təqdim edirik:
XXX tur
27 may
27 may
"Göyəzən” - "Kəpəz” - 0:3
Qollar: Arzuman Nəsibov, 63; Ziyabil Məmmədov, 76, 80
"Rəvan” - "Şahdağ” - 1:0
Qol: Əli Bağırov, 3
"Neftçala” - "Qaradağ Lökbatan” - 4:5
Qollar: Aqşin Həşimov, 6, 10; Vurğun Həsənzadə, 53; Vaqif Güləliyev, 56 - Rüfət Məmmədov, 26; Sabir Allahquliyev, 51, 74, 85; Məlikməmməd Abbasov, 78
MOİK - "Şəmkir” - 1:2
Qollar: Röyal Nəcəfov, 27 - Azər Məmmədov, 50; Anar Rzayev, 67
"Turan Tovuz” - "Energetik” - 5:0
Qollar: Tuqay Alhüseynli, 5, 8, 10, 57, 79
"Şuşa Qarabağ” - "Ağsu” - 1:2
Qollar: Elvin İsmayılov, 5 - Qalib Əmrahov, 53, 61
"Ağsu” - "Mil Muğan” 5:1
Qollar: Besik Çimakadze, 9; Asif Mirili, 16; Elnur Abdulov, 24; Tural Adıgözəlov, 37; Toğrul Bilallı, 88 - Ruhid Usubov, 14