“Şahmatçıların məcbur edilməsi, hakimiyyətdən sui-istifadə və vədlərə əməl olunmaması”.
Sportnet.az xəbər verir ki, bu fikirlər norveçli şahmatçı Maqnus Karlsenə məxsusdur.
16-cı dünya çempionu sosial şəbəkə paylaşımında FİDE-nin prezidenti Arkadi Dvorkoviçi sərt şəkildə tənqid edib: “FİDE prezidenti Arkadi Dvorkoviç, siz məni Nyu-Yorkda keçirilən rapid və blits üzrə dünya çempionatında iştirakı davam etdirməyə razı salmaq əvəzinə dekabrın 19-da atama yazdız: “Sadəcə olaraq sizə və Maqnusa deyirəm ki, FİDE və “Freestyle Chess Tour” tərəfindən hansı qərarın qəbul edilməsindən asılı olmayaraq, bu oyunçulara heç cür toxunmayacaq. Onlar müstəqil şəkildə qərar qəbul edə biləcəklər və FİDE heç bir mənfi addımlar atmayacaq”. Elə həmin gün sonradan əlavə etdiz ki, əgər FİDE şurası sözlərimi qırsa, istefa verəcəm. Amma oyunçuları qəbuledilməz imtina imzalamağa məcbur etməklə vədinizi pozduz. Siz istefa verəcəksiz?”.
Qeyd edək ki, FİDE Karlsenin yaradıcısı olduğu “Freestyle Chess Tour” arasında razılıq əldə olunmadığını açıqlayıb. Bu qurum FİDE-nin dünya çempionatlarının yeganə tənzimləyicisi olduğunu tanımaq istəməyib.