
Xorvatiyanın Zadar şəhərində Avropa Stolüstü Tennis Birliyinin (ETTU) növbəti konqresi keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılovanın da qatıldığı tədbirdə ETTU-ya üzv ölkələrin numayəndələri iştirak ediblər.
Konqresdə ali idman qurumunun son bir ildə gördüyü işlər haqqında hesabat dinlənilib, mövcud durum və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr diqqətə catdırılıb.
ETTU rəhbərliyi məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkürünü bildirib, stolüstü tennis idman növünün inkişafı istiqamətində uğurlar arzulayıb.