Azərbaycan stolüstü tennisçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma yarışa 6 idmançı ilə qatılacaq.
Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək.
Komanda bugünlərdə “Şüa İdman Kompleksi”ndə təlim-məşq toplanışındadır. İdmançılar noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcəklər.
Qeyd edək ki, stolüstü tennis yarışları 8 - 13 noyabrda keçiriləcək.









































































