1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şəhriyar Məmmədyarov: "Bu il də hədəfim eynidir"
Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 superturnirinin ötənilki qalibi Şəhriyar Məmmədyarov aprelin 20-də start götürəcək sayca dördüncü yarış haqqında fikirlərini bildirib.
Sportnet.az xəbər verir ki, Məmmədyarov turnirin mətbuat xidmətinə açıqlamasında Şəmkir turnirinin onun karyerasında özünəməxsus yer tutduğunu söyləyib: "Uzun illər Vüqarla komanda yoldaşı olmuşuq. Hər zaman bir-birimizə kömək etmişik. Buna görə həmişə Şəmkirə böyük həvəslə yollanıram. Bu il həmin tarixlərdə keçiriləcək başqa turnirdən dəvət almışdım. Bununla belə Şəmkirdə iştirak edəcəyim barədə qərar qəbul etdim".
Tanınmış qrossmeyster yarışın son qalibi kimi bu il də yüksək yerlər uğrunda mübarizə aparmaq fikrində olduğunu açıqlayıb: "İştirakçıların siyahısında demək olar ki, zəif şahmatçı yoxdur. Bütün şahmatçılar FİDE reytinqində yüksək yerlərdə qərarlaşıb. Dünya çempionu Maqnus Karlsenin olmaması mübarizəni asanlaşdırmır. Əksinə onun yoxluğunda iddialıların sayı artır. Yarışın son qalibi kimi bu il də qələbə uğrunda mübarizə aparacam. Bunun asan olmayacağını başa düşürəm. Dünya çempionları Vladimir Kramnik, Veselin Topalov, dünya çempionluğuna namizəd olmuş Sergey Karyakin kimi şahmatçıların yarışdığı turnirdə rahat nəfəs almaq mümkün deyil. Mən həmişə Şəmkirə böyük sevinclə yola düşürəm. Bu il də şahmat həvəskarlarının çox maraqlı partiyalar izləyəcəyinə əminəm”.
Qeyd edək ki, turnir aprelin 20-də start götürəcək.