
Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, heyətində Rauf Məmmədov, Qədir Hüseynov, Günay Məmmədzadə, Türkan Məmmədyarova, Aydın Süleymanlı və Gövhər Beydullayevanın mübarizə apardığı komandamız son turda Fransa yığması üzərində 3,5:2,5 hesablı qələbə qazanıb.
Aktivində 14 xal olan yığma qrup oyunlarını birinci yerdə başa vurub. Macarıstan (14 xal) komandası ikinci, Ukrayna (13 xal) yığması isə üçüncü yerləri tutublar.
------------------------------
Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan Azərbaycan millisi bu gün B qrupunda son görüşlərini keçirəcək.
Sportnet.az-ın məlumatına görə, yığma komanda yarışın üçüncü günündə İspaniya, Norveç və Fransa ilə qarşılaşacaq. Startda Niderland, Macarıstan və Cənubi Afrika Respublikası üzərində inamlı qələbə qazanan milli ikinci gündə qeyri-sabit çıxışı ilə yadda qalıb. Ukrayna, və Qazaxıstana uduzan Azərbaycan yığması yalnız Slovakiyadan üstün olub.
B qrupunda Macarıstan 10 xalla liderdir. Ukrayna, Qazaxıstan və İspaniyanın 9 xalı var. Azərbaycan millisi 8, Slovakiya 6, Niderland isə 5 xala malikdir. Norveç və Fransanın 2 xalı varsa, CAR-ın xalı yoxdur.
Hər qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.
Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.
23 avqust
Ümumdünya Şahmat Olimpiadası, VII tur
15:00. İspaniya - Azərbaycan - 2:4
David Quijarro - Teymur Rəcəbov - 0:1
Aleksey Şirov - Rauf Məmmədov - 0:1
Anna Matnadze - Günay Məmmədzadə - 0:1
Sabrina Qutyerres - Gülnar Məmmədova - 1:0
Lans De La Fuente - Vüqar Əsədli - 0,5:0,5
Marta Qarsiya - Xanım Balacayeva - 0,5:0,5
17:00. Azərbaycan - Norveç - 5,5:0,5
Şəhriyar Məmmədyarov - Olaf Frodle Urkedal - 0,5:0,5
Rauf Məmmədov - Eyrik Qullaksen - 1:0
Gülnar Məmmədova - Monika Moçlik - 1:0
Ülviyyə Fətəliyeva - Edit Maçlik - 1:0
Vüqar Əsədli - Yohannes Hauq - 1:0
Gövhər Beydullayeva - Tira Kvendset - 1:0
Mari Sebaq - Türkan Məmmədyarova - 0,5:0,5
Florens Rollo - Gövhər Beydullayeva - 0:1