
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində XII turun görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib hindistanlı Vidit Santoş Qucrati olub. Qara fiqurlarla oynayan Məmmədyarov 38-ci gedişdə rəqibini məğlub edib.
Bununla da azərbaycanlı qrossmeyster 12 oyundan sonra xalını 7,5-ə çatdırıb və hələlik 2-ci pilləyə yüksəlib.