Bütün şahmatçılar Azərbaycan çempionatında iştirak etməlidirlər
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov qadınlar arasında Azərbaycan çempionatının qaliblərinin mükafatlandırma mərasimində deyib.
Qurum rəhbəri ilk 5 pillədə yer alan şahmatçıları bu münasibətlə təbrik edib: "Azərbaycan çempionatı şahmatımızın gələcəyi üçün çox vacibdir. Təəssüf ki, bütün şahmatçıları cəlb edə bilmədik. Bu il buna hazır deyildik. Azərbaycanın 5 şahmatçısı xüsusi proqramda hazırlaşırlar. Ancaq 2025-ci ildə bütün şahmatçılar ölkə çempionatında iştirak etməlidirlər".
O, Ayan Allahverdiyevanın çempionatda iştirakla bağlı qərarını son anda verdiyini söyləyib: "Azərbaycan çempionu üçün bu dövrdə xüsusi təqaüd proqramı olacaq. 4-5-ci yerləri tutanlar da bir dəfə beynəlxalq turnirdə iştirak hüququna malik olacaqlar".
Qeyd edək ki, Azərbaycan çempionatının qalibi Ayan Allahverdiyeva olub