Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstan seçməsi ilə yoldaşlıq görüşü keçirib.
Azərbaycan Şahmat Federasiyasından Sportnet.az-a verilən məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma Tiblisidəki ilk oyun günündə ağ fiqurlarla çıxış edib. Bütün partiyalar heç-heçə başa çatıb - 2,5:2,5.
Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biri ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, oyunlar rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidi.