
Azərbaycan avarçəkənləri III MDB Oyunlarına 2 medalla başlayıblar.
Sportnet.az-ın məlumatına görə, medallardan biri gümüş, digəri bürünc əyarlıdır.
Mingəçevirdəki "Kür" Olimpiya İdman Mərkəzində təşkil olunmuş yarışda ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobyanski - Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.
Amil Ramazanov isə birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medal qazanıb.