
"Belə bir yarışın Suqovuşanda keçirilməsi hamımız üçün böyük bir qürurdur".
Bunu Sportnet.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə beynəlxalq Prezident Kuboku reqatası barədə danışarkən deyib.
Onun sözlərinə görə, ənəvi reqata həm Azərbaycan idmanına bir tövfədir, həm də kanoe və avarçəkmə idmanının tanınmasına, eyni zamanda inkişafına böyük təsir göstəri. Bütün bunlar gənclərin idmana olan marağına səbəb olur: "Fəxr olunası və qürurverici anlar yaşayırıq. Suqovuşan bizim Azərbaycan ərazisi olaraq uzun illər işğal altında qalmışdı.
Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Artıq biz tarixi torpaqlarımızda idman yarışları keçirdirik. Bunun nümunəsi olaraq bu gün “Prezident kuboku 2025” beynəlxalq reqatası təşkiı olunub".
Qeyd edək ki, Fərid Qayıbov yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu, Azərbaycan Güləş Federasiyası və AFFA İcraiyyə Komitəsinin üzvüdür.