
Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” OlimpiyaTədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində avarçəkmə yarışlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, İki gün davam edən yarışların nəticəsinə əsasən, Azərbaycanavarçəkənləri ümumilikdə dörd medal qazanıblar. ƏlimuradHacızadə gümüş medalın sahibi olub. Amil Ramazanov ikibürünc medal qazanıb. İvan Vorobjanski və Hüseyn Həsənovdanibarət duet də üçüncü yeri tutub.