
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Mehtiyeva Qazaxıstanın "Tobol" və Slovakiyanın "Jilina" komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək.
-------------------------------------------------
Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını edib.
Sportnet.az-ın məlumatına görə, üç təkanla tullanma növündə çıxış edən idmançı ikinci cəhdində 16,30 metr nəticə göstərib.
Təsnifat mərhələsində A qrupunda yarışan Babayev hazırda 11-ci sırada qərarlaşıb. İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finala vəsiqə qazanacaq.
---------------------------------------------------
Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, üç təkanla tullanma növündə çıxış edən idmançı ilk cəhdində 16,38 metr nəticə göstərib.
Təsnifat mərhələsində A qrupunda yarışan Babayev hazırda 8-ci sırada qərarlaşıb. İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finala vəsiqə qazanacaq.