
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Qızıl Liqasına hazırlıqlarına start verilib.
Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, bu məqsədlə baş məşqçi Faiq Qarayev voleybolçularla toplantı keçirilib.
GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələri iştirak ediblər.
Qarayev Avropa Qızıl Liqasında komandaya uğurlar arzulayıb və bu gündən məşqlərə start verildiyini bildirib. O, yarışa hazırlıq prosesi haqqında ətraflı məlumat verərək, komandanın bir neçə gün Bakıda məşq edəcəyini, sonra isə təlim-məşq toplanışına yollanacağını deyib.
Daha sonra millinin oyunçuları Katerina Jidkova və Aynur İmanova çıxış edərək, yarışda yüksək səviyyədə mübarizə aparmaq üçün əllərindən gələni edəcəklərini bildirib.
Qeyd edək ki, yığmanın yekun heyəti yaxın günlərdə açıqlanacaq.