1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan klubları ÇL-lə vidalaşdı - YENİLƏNDİ
Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" və "Telekom" komandaları bu gün Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin son oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, saat 17:00-da "rabitəçilər" Bakıda azarkeşlər önünə çıxıb.
A qrupunda yer alan komandanın rəqibi İtaliya "Konelyano"su olub. İspaniyalı Mario Bernaola və serbiyalı Mirko Yankoviçin idarə edəcəyi qarşılaşma "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılıb. 5 turdan sonra xalsız olan "Telekom" formal xarakter daşıyan son matçında da uduzub.
Növbəti mərhələ şanslarını saxlayan "Azərreyl"ə isə Polşada "Dabrova Qorniça"nın qonağı olub. Bakı vaxtı ilə saat 21:00-da başlayan qarşılaşmanın hakimləri rusiyalı Nadejda Kozlova və estoniyalı Tomas Murulo olublar. 5 turdan sonra 9 xalla 2-ci pillədə qərarlaşan Famil Ağayevin komandası "pley-off"a vəsiqə əldə etmək üçün mütləq qalib gəlməli idi. Özü də quru hesablı qələbə "pley-off"a vəsiqəyə ümid verirdi. Ancaq "Azərreyl" üçün çətinliklə əldə etdiyi səfər qələbəsi daha çox təsəli xarakteri daşıyıb.
28 fevral
17:00 "Telekom" (Azərbaycan) - "Konelyano" (İtaliya) - 0:3 (13:25, 9:25, 16:25)
Hakimlər: Mario Bernaola (İspaniyalı) və Mirko Yankoviç (Serbiya)
Bakı. Sərhədçi" İdman Olimpiya Mərkəzi
Xal durumu: 1. "Modena" (İtaliya) - 12, "Konelyano" (İtaliya) - 12, "Ximki" (Polşa) - 9, "Telekom" (Azərbaycan) - 0.
21:00 "Dabrova Qorniça" (Polşa) - "Azərreyl" (Azərbaycan) - 2:3 (24:26, 25:16, 22:25, 25:18, 10:15)
Hakimlər: Nadejda Kozlova (Rusiya) və Tomas Murulo (Estoniya)
Dabrova Qorniça. "Sentrum"
Xal durumu: "Fənərbağça" (Türkiyə) - 15, "Azərreyl" (Azərbaycan) - 11, "Dabrova Qorniça" (Polşa) - 7, "Sen-Rafael" (Fransa) - 0.