1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Çinə də uduzdu - YENİLƏNDİ
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ikinci oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığma Osaka şəhərində Çinlə qarşılaşıb. Görüş Faiq Qarayevin baş məşqçi olduğu komandasının məğlubiyyəti ilə yekunlaşıb – 0:3. İlk və son setlərdə 17:25, ikinci setdə 16:25 hesablı nəticə qeydə alınıb.
F qrupunda II tur çərçivəsində Rusiya Bolqarıstanı 3:1, ABŞ isə Türkiyəni 3:0 hesabı ilə yenib. Tura Bakı vaxtı ilə saat 14:20-də start götürəcək İtaliya - Tailand matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, hazırda ABŞ 19 xalla liderdir. İtaliya, Çin və Rusiya 18 xalla 2-3-cü pillələri bölüşür. Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı yerdədir. Bolqarıstan və Azərbaycan isə 6 xalla son iki sıradadır.
--------------------------
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Yaponiyadakı dünya çempionatının II mərhələsində növbəti oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, rəqib Çin yığması olacaq. Osaka şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 11:10-da başlanacaq.
Azərbaycan millisi bu mərhələdəki ilk görüşündə İtaliyaya 0:3 hesabı ilə uduzub. Çin isə eyni hesabla Tailandı yenib. Hazırda Çin 8 komandadan ibarət F qrupunda 15 xalla 3-cü, Azərbaycan 6 xalla 7-ci pillədədir. Qrupa 18 xalla İtaliya başçılıq edir.
Dünya çempionatı
II mərhələ
11:10. Çin - Azərbaycan - 3:0 (17:25, 16:25, 17:25)
Osaka (Yaponiya)