Bu gün Fransanın paytaxtı Parisdə Avropa Voleybol Konfederasiyasının (CEV) 40-cı Baş Assambleyası işə başlayıb.
Sportnet.az-ın məlumatına görə, Assambleyada CEV-ə üzv olan federasiyalarının rəsmiləri iştirak edirlər. Azərbaycan Voleybol Federasiyasını (AVF) baş katib Cəlil Cəfərov təmsil edir.
İki gün davam edəcək iclasda CEV-in 2019-cu il mövsümünün maliyyə hesabatı təqdim olunacaq, voleybolun Avropada daha geniş formada yayılmasına dair müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq.
Eyni zamanda assamblyeda Şərqi Avropa Voleybol Assosasiasının (EEVZA) iclası keçiriləcək. İclasda çimərlik voleybolu, qarüstü voleybol və gənclərdən ibarət komandalar arasındakı turnirlərlə bağlı müzakirilər aparılacaq.