Noyabrın 23-də Gürcüstanın paytaxtı Tbilisidə 16 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı start götürəcək.
Sportnet.az-ın məlumatına görə, 6 gün davam edəcək çempionatda 9 ölkənin milli komandası mübarizə aparacaq. Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın da iştirak edəcəyi yarışda Azərbaycan yığması A qrupunda çıxış edəcək.
Birinciliyə hazırlıq məqsədilə məşqlər 18 nəfərlik heyətlə davam edir. EEVZA-da çıxış edəcək milliyə Emin Əbilov baş məşqçi təyin olunub.
Azərbaycan yığmasının yer aldığı qrupun oyunlarının təqvimi:
A qrupu: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna.
B qrupu: Belarus, Estoniya, Litva, Polşa
23 noyabr
15:00. Azərbaycan - Ukrayna
17:30. Gürcüstan - Rusiya
24 noyabr
15:00. Gürcüstan - Latviya
17:30. Rusiya - Ukrayna
25 noyabr
10:00. Latviya - Rusiya
15:00. Azərbaycan - Gürcüstan
26 noyabr
12:30. Rusiya - Azərbaycan
17:30. Ukrayna - Latviya
27 noyabr
10:00. Latviya - Azərbaycan
15:00. Ukrayna - Gürcüstan.