Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova növbəti mövsümü də hazırda çıxış etdiyi Macarıstanın "Vaşaş" klubunda keçirəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, 27 yaşlı voleybolçu ilə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Ayşən Abduləzimova 2019-cu ilin sentyabrından "Vaşaş"da çıxış edir.