
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının XIV turunun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, bu turda 2 qarşılaşma baş tutub və "Azərreyl" bu dəfə meydana çıxmayıb.
"Azəryol" "Telekom"la qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb. "Lokomotiv" isə "Rabitə" ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə "Rabitə" qələbəni bayram edib 3:0.