Dekabr 17-də voleybol üzrə Azərbaycan çempionatında 2021/2022 mövsümünə start veriləcək.
Sportnet.az xəbər verir ki, mövsümin ilk oyunu Superliqada qadınlardan ibarət “Murov” və “Abşeron” komandaları arasında olacaq. Görüş saat 16:00-da başlayacaq.
Ardınca kişi voleybolçular meydana çıxacaq. Yüksək Liqadaə MOİK və “Neftçi” üz-üzə gələcəklər. Qarşılaşmalardan öncə çempionatların rəsmi açılış mərasimi təşkil olunacaq.
Superliqada “Murov” və “Abşeron”la yanaşı, “Azərreyl”lə UNEC çempion adı uğrunda mübarizə aparacaq. Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Exspress” və “Sərhədçi” qüvvəsini sınayacaq.
Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.
Çempionatların açılış mərasimi və oyunlar “Murov”un Biləcəridəki zalında keçiriləcək. Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq qarşılaşmalar azarkeşsiz təşkil ediləcək.
Qeyd edək ki, dekabrda qadınlar və kişilər arasında I liqa yarışlarına da start veriləcək.