"Azəryol"un sabiq həndbolçusu Vlada Kosmina Almaniyanın "Frankfurter" komandasına keçib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı oyunçu III divizion təmsilçisi ilə rəsmi müqavilə bağlayıb.
29 yaşlı həndbolçu yeni komandasında debüt də edib. "Mönkeberg/Şönkirxen"ə 27:25 hesabı ilə qalib gəldikləri matçın iştirakçısı olan təcrübəli pleymeyker 6 qol vurub.
Qeyd edək ki, 2017 - 2019-cu illərdə "Azəryol"da çıxış etmiş Vlada Kosmina 2 dəfə Azərbaycan çempionu olub.