Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə ilkin seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi oyunlara hazırlaşır.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, Çingiz Əzimovun rəhbərliyi ilə həyata keçirilən məşqlər əsasən taktiki-texniki istiqamətdə aparılır.
Yığma Pireney təmsilçisi ilə hər iki matçını rəqib meydanında keçirəcək.
Görüşlər noyabrın 3-ü və 5-də Paredes şəhərinin "Multiusos de Paredes" arenasında təşkil olunacaq.