
Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Sportnet.az xəbər verir ki, yığma Belçika, Litva və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Oyunlar noyabrda start götürəcək.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Çex Respublikası, Almaniya, Yunanıstan və İtaliyada baş tutacaq.