
Azərbaycan Basketbol Liqasında XIV turun növbəti oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Gəncə" komandası öz meydanında "Sərhədçi"ni qəbul edib.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 79:72 hesablı qələbəsi ilə yekunlaşıb. “Sərhədçi” bu nəticə ilə pley-off şanslarını bir qədər də artırıb.
Ən məhsuldar basketbolçular "Gəncə"dən Culs Mur (21 xal, 2 asist) , "Sərhədçi”dən isə Cəbrayıl Əkbərov (18 xal, 9 ribaund) olublar.
Qeyd edək ki, urun son oyunu fevralın 11-də "NTD-İndiqo" ilə "Xırdalan" arasında oynanılacaq.