
Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində üçüncü oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Priştina şəhərində təşkil olunan mərhələdə yığma Kiprlə qarşılaşıb. Görüş millimizin 21:16 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığma bu gün keçirdiyi digər görüşlərdə Ermənistana 21:9, Kosovoya isə 14:10 hesabı ilə qalib gəlib.
Komandamız bu gün daha bir matç keçirəcək. Milli Bakı vaxtı ilə saat 23:45-də Albaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, Priştinada yağış yağdığına görə millimizin qalan oyunları təxirə salınıb. Qarşılaşmalar sabah baş tutacaq.
----------------------------------
Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, yığma ikinci matçında Kosovo seçməsi ilə üz-üzə gəlib.
Komandamız meydan sahiblərini 14:10 hesabı ilə üstələyib.
Qeyd edək ki, ilk görüşdə Ermənistan kollektivini məğlub edən (21:9) millimiz hazırda B qrupunda liderdir.
---------------------------------------------
Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə başlayıb.
Sportnet.az xəbər verir ki, yığma ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib.
Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.
-----------------------------------------------
Bu gün Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, turnirdə ilk olaraq kişi basketbolçular parketə çıxacaqlar. Komandamız Ermənistan seçməsi ilə üz-üzə gələcək.
Qadınlardan ibarət yığmanın ilk sınağı isə Maltaya qarşı olacaq.
8 iyun
Kişilər
11:30. Ermənistan - Azərbaycan - 9:21
16:10. Azərbaycan - Kosovo
19:40. Kipr - Azərbaycan
23:45. Azərbaycan - Albaniya
Qadınlar
17:50. Azərbaycan - Malta
23:20. Azərbaycan - Lüksemburq
Qeyd edək ki, yarış iyunun 9-da başa çatacaq.