
“Ziraat Bankkart” kişi voleybol komandası CEV Kubokunun qalibi olub.
Sportnet.az xəbər verir ki, Türkiyə təmsilçisi təkrar final oyununda Polşanın “Asseco Resovia” klubunu 3:1 hesabı ilə məğlub edib.
Komandalar arasında keçirilən ilk oyunda da “Ziraat Bankkart” qələbə qazanmışdı (3:2).
Ankarada keçirilən görüşə böyük maraq müşahidə olunub. Türkiyə klubunun Avropa çempionu olduğu qarşılaşmanı 7600 azarkeş izləyib.