
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Təhsil Şöbəsinin əməkdaşları Azərbaycan Velosiped İdmanı Federasiyasında idmançılar üçün antidopinq haqqında maarifləndirici seminar keçiriblər.
AMADA-dan Sportnet.az-a verilən məlumata görə, tədbir zamanı iştirakçılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, terapevtik istifadə üçün istisnalar, məkan və digər məsələlər haqqında məlumat verilib.
Daha sonra idmançılar sual-cavab sessiyasında antidopinq sahəsindəki biliklərini yoxlayıblar.