
Qurban Qurbanovun oğlu Musa Qurbanlı "Qarabağ"ın əsas komandasında rəsmi debüt edib.
Sportnet.az-ın məlumatına görə, 17 yaşlı hücumçu "Keşlə"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçının ikinci yarısında meydana çıxıb. O, Riçard Almeydanı əvəzləyib.
Qeyd edək ki, "Qarabağ" 2:0 hesabı ilə öndədir. Musa Qurbanlı daha öncə yoldaşlıq görüşündə əsas komanda ilə meydanda olub.