1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Kaunasda uğur qazanan cüdoçular vətənə döndülər
Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa çempionatında 5 medal qazanmış Azərbaycan cüdoçuları Bakıya dönüblər.
Sportnet.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanan milli üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, bir qrup azarkeş və idmançıların ailə üzvləri qarşılayıblar.
Qeyd edək ki, qitə birinciliyində Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını qazanıblar. Davud Abaslı (60 kq) isə bürünc medala əldə edib.
Ümumilikdə 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunub.