"Neftçi” komandası Azərbaycan Premyer Liqasının XVII turunda qarşılaşacağı "Zirə” ilə oyunun hazırlığını başa vurub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilmiş oyunöncəsi son məşqdə zədəli Aqil Məmmədovdan başqa bütün futbolçuların iştirak edib. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, fevralın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:30-da başlanacaq.