Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda meydan sahibləri azlıqda qalıb.
Sportnet.az-ın Afinaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 43-cü dəqiqədə qol müəllifi Məhəmməd Kamara "Neftçi"nin hücumçusu Namik Ələskərova qarşı kobud oynadığı üçün qırmızı vərəqə alıb.
Ələskərov isə zərbə güclü olduğu və başından qan açıldığı üçün görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub.
Qeyd edək ki, hazırda "Olimpiakos" öndədir - 1:0.