"Bugünkü iclası uğurla başa çatdırdıq. Əvvəlki illərlə bağlı qısa hesabat verdim. Görülən işlər qənaətbəxş hesab edildi".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Triatlon Federasiyasının keçmiş prezidenti Azər Məhərrəmov qurumun hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında deyib.
O, öz namizədliyini irəli sürmədiyini bildirib: "Yeni seçki keçirdik. Nəticədə yeganə namizəd professor Elçin Əliyev 4 il müddətinə federasiya prezidenti seçildi. Onu bu münasibətlə təbrik edirəm".