1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Böyükağa Hacıyev: "Cücəni payızda sayarlar"
Sportnet.az qeyri-ənənəvi sorğu keçirib. Hazırda Avropanın gündəmində olan Bakı 2015 I Avropa Oyunları ilə bağlı sorğumuzda Azərbaycanın tanınmış futbol mütəxəssisləri ölkəmizdə ilk dəfə baş tutan mötəbər yarışla bağlı fikirlərini bildiriblər.
Böyükağa Hacıyev: "Bakı 2015 I Avropa Oyunlarını televiziya vasitəsi iləizləyirəm. Azərbaycanın bu oyunlara hazırlığı fantastik idi. Bundan sonra heç bir ölkə belə açılış keçirə bilməyəcək. Bu bizim prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işidir. Buna görə də onları alqışlayıram. Çünki mən bu ölkənin vətəndaşıyam və bununla fəxr edirəm. Güləşçilərimizə, karateçilərimizə səmimi qəlbdən təşəkükr edirəm. Çünki ölkəyə qədərincə medalar qazandırırlar. Cücəni payizda sayarlar. İnşallah Avropa Oyunlarının sonunda bu medalların necə xeyri olacağının şahidi olacağıq".
Ağasəlim Mircavadov: "Mənim 67 yaşım var, hələ belə açılış, belə mərasim, belə azarkeş toplusu görməmişdim. Möhtəşəm idi hər şey. Maşallah idmançılarımız çox yaxşı çıxış edirlər. Hər gün medallar qazanılır. Bundan əlavə isə bu yarışlar üçün hazırlanmış stadion, idman zalları bunlar hamısı bizim üçündür. Yəni Olimpiya Oyunları bitdikdən sonra da bu idman məkanları xalq üçün, idmançılar üçün qalacaq və istifadə ediləcək. Bakı 2015 yarışlarını hələki televiziya vasitəsi ilə izləyirəm. Lakin fikrim var kı, su polosu, çimərlik futbolu yarışlarını gedib izləyəm. Çünki onlar futbola daha yaxındır... (gülür)..."
Əfqan Talıbov: "Bakı 2015 I Avropa Oyunları həm idman, həm də siyası gündəmdə olan möhtəşəm yarışdır. Bütün dünya bu oyunları yayımlayır. İdmançıların təhlükəsizliyindən tutmuş onların uğur qazanması üçün hər cür şərait yaradılıb. Bu cür yarışlar heç bir ölkədə belə stabil keçirilməmişdi. Açılış mərasimi də möhtəşəm olan I Avropa Oyunları bir daha göstərdi ki, ölkəmiz belə böyük yarışları qəbul etmək gücündədir. Bu yarış bir çox Avropa və dünya miqyaslı yarışların Azərbaycanda keçirilməsində böyük rol oynayacaq. Sevindirici haldır idmançılarımız da onlara göstərilən etimadı doğruldaraq yaxşı nəticələr göstərirlər. Komanda hesabında medalların sayına Azərbaycan birinci olsa, bu daha da möhtəşəm olar. Bildiyiniz kimi, mən "Qaradağ Lökbatın"ın baş məşqçisiyəm bizim "Neftçi" İSM üzvləri bir çox idman növlərində milli komandanın üzvləridir. Başda "Neftçi" İSM prezidenti olmaqla , biz hamımız gedib yarişları canlı izləyirik".
Vaqif Sadıqov: "Millimizin Norveçlə oyununda olduğuma görə, açılış mərasimi elə internet vasitəsi ilə izlədim. Hər şey möhtəşəm idi. Həm nəticələr, həm təşkilatçılıq baxımından deyə bilərəm ki, bizim ölkə I Avropa Oyunlarına tam hazırdır. Srağagün Bakıya qayıtmışam. Sabah Su idman zalına gedəcəm. Ondan sonra isə ayın 28-inə kimi isə mütəmadi şəkildə yarışları izləməyə gedəcəm."
Röya KƏRİMLİ