Rusiyada 5 idmançı və bir məşqçi yerli federasiyalar və anti-dopinq komissiyasının İntizam Komitəsinin qərarı ilə müxtəlif müddətə yarışlardan diskvalifikasiya olunublar. Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiyanın anti-dopinq agentliyi olan RUSADA-nın rəsmi saytında bildirilib.
Yüngül atletika ilə məşğul olan Alyona Kudaşkin 2 il 6 ay, Mariya Nikolayev 4 il, velosipedçilərdən Viktor Podoynikov və Nikolay Denisov 9 ay, triatlon idmanı ilə məşğul olan Artem Arsyonov isə 4 il müddətinə yarışlardan uzaqlaşdırılıb.
Bundan başqa yüngül atletika üzrə məşqi Lyudmila Fedoriva anti-dopinq qaydalarına əməl etmədiyi üçün 4 il müddətinə cəzalandırılıb.