1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağırlıqqaldıranımız Avropa çempionu oldu
Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatında Azərbaycan yığması aktivinə ilk qızıl medalı yazdırıb. Sportnet.az-ın məlumatına görə, Boyanka Kostova 58 kq çəki dərəcəsində rəqiblərinə şans verməyib.
O, birdən qaldırmada ilk yanaşmadaca Avropa çempionluğunu təmin edib. Kostova əvvəlcə 95 kq, sonra 100 kq, sonda isə 105 kq-ı çox rahatlıqla ram edərək qızıl medala sahib çıxıb. Hyustonda keçirilən son dünya çempionatının qalibi 3-cü yanaşmasında ən yaxın izləyicisini 15 kq qabaqlayıb.
Təkanla qaldırma hərəkətində də eyni durum yaşanıb. 58 kq-da bütün Avropa və dünya rekordlarının sahibi olan Kostova əvvəlcə 120 kq, sonra isə 130 kq-ı başı üzərinə qaldırıb. 3-cü yanaşma heç bir əhəmiyyət kəsb etmədiyindən, azərbaycanlı atlet ondan imtina edib.
Beləliklə, toplamda 235 kq (105+130) nəticə göstərən Kostova növbəti dəfə Avropa çempionu olub.