1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Useyn Bolt zədələndi
Yamaykalı atlet Useyn Bolt Kayman adalarında keçirilmiş atletika yarışı zamanı 100 metr məsafəyə qaçarkən zədələnib. Sportnet.az-ın məlumatına görə, məşqçisi Qlen Mills Boltun qalib olduğu qaçışdan bir müddət sonra dizaltı vətərindən narahatlıq hiss etdiyini açıqlayıb.
Yaxın müddətdə sprinter Almaniyada müalicə kursu keçməlidir. Məşqçisi idmançının zədəsinin ciddi olmadığını və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakına maneçilik törətməyəcəyini bildirib. Dünyanın ən sürətli adamı iyunun 30-dan Kinqston toplanışında Yamayka yığmasına qoşulacaq.
Qeyd edək ki, Useyn Bolt 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış edib. O, 3 yarışda ümumilikdə 6 qızıl medal qazanıb. Yamaykalı sprinter 100 metr (9,58 saniyə) və 200 metr (19,19 saniyə) məsafələrə qaçışda hazırkı dünya rekordçusudur. Boltun da yer aldığı Yamayka yığması da London olimpiadasında 4X100 estafetində dünya rekordu (36,84 saniyə) müəyyənləşdirib.
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda olacaq.