
Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında kişi və qadınlar arasında Azərbaycan çempionatına yuxarı çəki dərəcələrində yer alan ağırlıqqaldıranların mübarizəsi ilə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, son olaraq 89 kq, 96 kq, 102 kq və +109 kq çəki dərəcələrində çıxış edən kişi atletlər körpücük üzərinə çıxıblar. Burada müvafiq olaraq Sənan Mirzəyev, Nailxan Nəbiyev, Əli Şükürlü və İsmayıl Qurbanov qalib adına layiq görülüblər.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən ümumilikdə 100-dək atlet qüvvəsini sınayıb.