Azərbaycan atleti Nazim Babayev Fransada keçirilən beynəlxalq "Meeting De L'Eure" (World Indoor Tour Silver Level) turnirində bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, qapalı məkanda keçirilən üç təkanla tullanma yarışında 25 yaşlı idmançı 16,27 metr nəticə göstərib.
Fransalı Entso Hodebar 16,68 metr göstərici ilə qızıl medala sahib olub. Gümüş medalı isə 16,52 metr uzununa tullanan finlandiyalı Simo Lipsanen əldə edib.
Qeyd edək ki, Nazim Babayev daha əvvəl Almaniyanın Karlsrue şəhərində keçirilmiş "World Indoor Tour" (Gold Level) turnirində gümüş medal qazanıb.