Dopinqlə Mübarizə üzrə Müstəqil Təşkilat (AIU) rusiyalı atlet Yelena Laşmanovanı iki il müddətinə yarışlardan kənarlaşdırıb.
Sportnet.az AIU-nin rəsmi saytına istinadən xəbər verir ki, buna 30 yaşlı idmançının antidopinq qaydalarını pozması səbəb olub.
Diskvalifikasiya 2021-ci il martın 9-dan hesablanacaq. Laşmanovanın 2012-ci il fevralın 18-dən 2014-cü il yanvarın 3-dək olan nəticələri ləğv olunacaq.
Təcrübəli atlet bu müddətdə London-2012 Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb, həmçinin 20 km məsafəyə yürüşdə dünya çempionu olub. Laşmanova bu medallardan məhrum ediləcək.