
Azərbaycan yığma komandasının ağırlıqqaldıranı İsa Rüstəmov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa çempionatında 3 medal qazanıb.
Sportnet.az xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.
Təkanla qaldırma hərəkətində 170 kq ağırlığı başı üzərinə qaldıran Rüstəmov bu dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.