1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağırlıqqaldıranlarımız üçün Astara toplanışı
Azərbaycanın ağırlıqqaldırma üzrə qadınlardan ibarət yığma komandası AAAF Park Astaradakı təlim-məşq bazasında hazırlıqlarını davam etdirir.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Sportnet.az-a verilən məlumata görə, təqvim planına uyğun olaraq həyata keçirilən toplanışa böyük məşqçi Natalya Prişepa və onun köməkçisi Təranə Abbasova rəhbərlik edirlər.
Milli komandanın üzvləri gündə iki dəfə olmaqla intensiv hazırlıq mərhələsindədirlər. 22 – 30 sentyabrda Kosovoda keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyi, 15 - 22 oktyabrda Albaniyada təşkil olunacaq gənclər arasında Avropa çempionatı, həmçinin digər yerli və beynəlxalq yarışlarda uğurlu çıxış etmək üçün bu təlim-məşq toplanışının əhəmiyyəti böyükdür.
Qeyd edək ki, Astaradakı çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.
]