1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İranlı qadın ağırlıqaldıranlar ilk dəfə beynəlxalq yarışda
İranlı qadın ağırlıqaldıranlar ilk dəfə beynəlxalq yarışa qatılıblar.
Sportnet.az Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, atletlər Özbəkistanın Urqenç şəhərində bu gün start götürən yeniyetmələr arasında Asiya çempionatında iştirak edirlər. Turnirdə 22 ölkədən 248 atlet qüvvəsini sınayır.
Asiya çempionatı oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Əvvəllər qonşu ölkənin qadın idmançılarına ağırlıqqaldırma yarışlarında iştirak qadağası qoyulmuşdu.
Qeyd edək ki, Asiya çempionatı aprelin 30-dək keçiriləcək.