Türkiyənin Antalya şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “GP Antalya” yarışı keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 119 km məsafəyə 2 saat, 45 dəqiqə, 25 saniyəyə çatan 32 nəfərlik qrupda Azərbaycan yığmasının üzvü Nəcəf Bağırov da olub. O, fotofinişə əsasən 13-cü nəticə göstərib.
Finişə 400 metr qalmış yığmanın digər üzvü Əli Qurbanov yıxılaraq yüngül zədə alsa da, mübarizəni davam etdirərək finiş xəttini keçə bilib.