
"Veloyürüşdə 4 komanda ilə təmsil olunuruq. Daha çox əsas milliyə köklənmişik və onlardan uğur gözləyirik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Velosiped Federasiyasının (AVF) İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov "Əziz Şuşa" beynəlxalq veloyürüşünə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu, AVF-in işğaldan azad olunmuş torpaqlarda ilk yarışıdır: "Bu, bizim çoxdankı arzumuzdur. Gələcəkdə daha çox mərhələləli yarış təşkil etmək istəyirik".
Salahov hər mərhələ üçün ayrıca mükafatlandırma olacağını söyləyib: "Ümumi nəticədə və komanda hesabında da hər 3 nəfəri ayrıca mükafatlandıracağıq".
Qeyd edək ki, beynəlxalq velotur 9-10 iyulda təşkil olunacaq.