1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Adams "Bakı 2015"in qızılını alan ilk qadın olmaq istəyir
Boks ustası yalnız ikiqat Olimpiya çempionu olandan sonra idmandan gedəcək. Sportnet.az-ın məlumatına görə, Olimpiya çempionu, bir çox yarışların mükafatçısı Nikola Adams idman karyerasını bitirdikdən sonra biznesə baş vurmaq niyyətindədir.
32 yaşlı idmançı 2012-ci il Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışı üzrə qızıl medal qazanan ilk qadındır. O, eyni zamanda, 2014-cü il Qlazqoda keçirilən Həmrəylik Oyunlarında boks üzrə qızıl medal qazanan ilk qadın idmançı olub.
Nikola indi də bu adlarının sırasına Avropa Oyunlarında qızıl alan ilk qadın titulunu əlavə etmək istəyir. "Qalib olmaq üçün buradayam. İlk Avropa Oyunları çempionu mən olacağam. İlk çempion olmaq yalnız bir dəfə ola bilər və mən bu titulu qazanacağam".
Adams Olimpiya çempionu adının onun həyatını dəyişdirdiyi qənaətindədir. O, çox məşhurlaşıb, küçədə insanlar ona yaxınlaşıb ondadn avtoqraf alır, şəkil çəkdirirlər.
"Çempionluq mənə maddi cəhətdən də kömək etdi, amma insan kimi olduğu kimi qalmışam. Heç vaxt dəyişməyəcəyəm" deyən Nikola yalnız ikiqat Olimpiya çempionu olduqdan sonra idmandan getmək niyyətindədir.
Nikola Adams BBC-nin çəkdiyi "Vaterloo yolu” filmində özünü canlandırıb və "İstenderlər və Tacqoyma” televiziya şousunda rol alıb.