1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qadın voleybol oyunlarında ilk qaliblər
Serbiya və İtaliya ilk Avropa Oyunlarının ilk qələbəsini qazandılar. Sportnet.az-ın məlumatına görə, Serbiya tarixin ilk Avropa Oyunlarının qadınlar arasında keçirilən voleybol oyununda Xorvatiyanı 3-0 hesabı ilə məğlub etdi. Dünyanın 8 nömrəli komandası ilk setdən üstünlüyü ələ aldı, oyunçu Marta Drpa (SRB) Bakı 2015-in ilk xalını qazanaraq, adını rekord kitabına yazdırdı.
Serbiya Kristal Zal 1-də ilk seti 25-15 hesabı, sonra isə ikinci və üçüncü setləri 25-17 hesabı ilə başa vurdu.
Qalib komandanın üzvü Milena Rasik təəssüratlarını açıqlayıb: "İlk Avropa Oyunlarını qələbə ilə başlamaq çox gözəl bir haldır. Bu, bizim üçün çox vacib idi".
Günün ikinci oyununda - İtaliya-Belçika qarşılaşmasında hesab 3-0 italyan qadınlarının xeyrinə oldu. Dünyanın 5 nömrəsi kimi qiymətləndirilən İtaliya komandası ilk setdə 25-22 xal hesabı ilə üstünlük əldə etdi, ikinci və üçüncü setlər 25-20 hesabı ilə başa çatdı.
İtaliyalı Miriam Sillanın oyunu tamaşaçılar tərəfindən xüsusilə bəyənildi, onun oyunu daha çox alqış topladı.
"Belçika ilk oyun üçün asan rəqib deyildi, xüsusilə də mənim üçün. Bu, mənim belə yüksək səviyyəli yarışda ilk iştirakım idi," deyə Silla qeyd edir: "Onlar güclü komandadırlar və oyun çətin idi. Onlar yaxşı oynayırdılar, amma biz daha yaxşı idik.”